Avro-2020-də yarımfinalı bu tarixdə olacaq

10:02 04.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2020-də bütün yarımfinal cütlükləri məlum olub.

Hafta.az xəbər verir ki, 1/4 final matçlarından sonra 1/2 final mərhələsində İtaliyanın İspaniya ilə, Danimarkanın isə İngiltərə ilə qarşılaşacağı müəyyənləşib.

İtaliya - İspaniya oyunu iyulun 6-sı 23:00-da, İngiltərə - Danimarka matçı isə iyulun 7-si 23:00-da başlayacaq. Hər iki qarşılaşma İngiltərədəki “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, Avro-2020-nin final matçı iyulun 11-də oynanılacaq.